İranda su etirazları ölümlə nəticələndi: polis atəş açdı, aksiyaçı öldü 1 nəfər öldü

İranda su etirazları ölümlə nəticələndi: polis atəş açdı, aksiyaçı öldü 1 nəfər öldü
İranın Xuzistan əyalətinin Xürrəmşəhr və Abadan şəhərlərində əhali içməli suyun çirkli olması və tez-tez kəsilməsi səbəbindən 3 gündür ki, etiraz aksiyası keçirir.

ANN.Az İranın İRNA agentliyinə istinadən xəbər verir ki, etirazçılarla polis arasında qarşıdurma yaşanıb. 

Sosial şəbəkələrdə polisin aksiyaçılara qarşı göz yaşardıcı qazdan istifadə etdiyi, atəş açdığı və bəzi etirazçıların yaralandığı ilə bağlı görüntülər yer alıb. Etirazçılardan 1 nəfərin də öldüyü iddia edilir.

Hadisə nəticəsində neçə nəfərin yaralandığı və həbs olunduğu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, İranın cənub qərbində yaşayan əhali içməli suyun çirkli olması səbəbindən suyu pulla alır. Dünən Xuzistanda 65 nəfərin içməli sudan zəhərlənərək xəstəxanalara müraciət etdiyi bildirilmişdi.

www.ann.az

Xəbər lenti