İranda prezident seçkiləri: namizədlərdən biri geri çəkildi

İranda prezident seçkiləri: namizədlərdən biri geri çəkildi
İranda bu həftənin cümə günü keçiriləcək prezident seçkilərində əsas namizədlərdən biri olan Məhəmməd Bağır Qalibaf namizədliyini geri götürüb.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, konservativ namizədlərdən olan keçmiş Tehran meri adını seçki siyahısından geri çəkib. Bildirilir ki, Qalibaf bu addımı digər namizəd İbrahim Rəisiyə dəstək üçün atıb.  

Qeyd edək ki, İbrahim Rəisi əsas namizəd olan Həsən Ruhaninin ən ciddi rəqibidir.



www.ann.az

Xəbər lenti