İranda etiraz aksiyaları yenidən alovlandı (FOTOLAR)

İranda etiraz aksiyaları yenidən alovlandı (FOTOLAR)
İranda 28 dekabrdan bəri davam edən etiraz aksiyaları yenidən alovlanıb.

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, dünən Tehran höküməti aksiyaların sona çatdığını desə də, insanlar gecə saatlarında küçələrə axışıb. 
Sənandacda həyatını itirənlərin olduğu deyilir. Paytaxt Tehranda insanlar "Rədd olsun Xameney, referendum ümidimizdir" şüarlarını səsləndiriblər. Şiraz, Dezful şəhərlərində polislə nümayişçilər arasında qarşıdurmalar yaşanıb. Luristan əyalətində dini lider Ayətullah Xameney əleyhinə şüarlar səsləndirilib. Urmiya, Kirmanşah, Həmədanda da etiraz aksiyalarının keçirildiyi deyilir.

Qeyd edək ki, dekabrın 28-də bahalıq, işsizlik və korrupsiya əleyhinə başlayan aksiyalar tezlikdə bütün ölkəyə yayılıb. BMT Təhlükəsizlik Şurası bu gün İrandakı vəziyyəti müzakirə edəcək.
 







www.ann.az

Xəbər lenti