İran və İraqda dəhşətli zəlzələ: 100-lərlə ölü, 1000-lərlə yaralı var (FOTO/VİDEO/YENİLƏNİB)

İran və İraqda dəhşətli zəlzələ: 100-lərlə ölü, 1000-lərlə yaralı var (FOTO/VİDEO/YENİLƏNİB)
İranda təqribən 70 min insan İraqla sərhəddə baş verən güclü zəlzələ nəticəsində evsiz qalıb. Ann.az xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.

Noyabrın 12-də İran və İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində artıq 200 nəfərin həlak olduğu açıqlanıb. 1600-dən çox insanın yaralandığı bildirilir.
 
Şimali İraqın Süleymaniyə və Halepçe şəhərlərində də 7,3 bal gücündə zəlzələ baş verib. İraq mənbələrinin məlumatına görə, 7 nəfər həlak olub, 235 nəfər yaralanıb. 

Türkiyə mənbələrinin yaydığı məlumatda bildirilir ki, zəlzələ Türkiyənin Şərqi və Cənub-şərqi Anadolu bölgəsində, Suriya, Küveyt, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində də hiss edilib. 
 

 










www.ann.az

Xəbər lenti