İran parlamentinə və Xomeyni məqbərəsinə silahlı hücum - TƏFSİLAT

İran parlamentinə və Xomeyni məqbərəsinə silahlı hücum - TƏFSİLAT
Bu gün İran İslam Respublikasının parlamentinə və İmam Xomeyni məqbərəsinə silah hücumlar olub.

ANN.Az-ın verdiyi xəbərə görə, İran parlamentinin binasına hücum nəticəsində mühafizə xidmətinin bir əməkdaşı ölüb, 8-i yaralanıb.

Parlamentə 4 silahlı şəxs hücum edib. Son məlumata görə, onlar həbs olunub.

Məlumata görə, parlamentə hücum edənlər "Kalaşinkov” avtomatı və tapança ilə silahlanıblar.

Qeyd edək ki, eyni anda İmam Xomeyninin türbəsinə də 4 nəfər silahlı hücum edib. Onlardan biri özünü partladıb. Hadisə yerində çoxlu yaralının olduğu xəbərləri var.
 
 
 

Bəzi məlumatlara əsasən, İmam Xomeyinin türbəsində öldürülən şəxs 35 yaşlı kişidir. Onun məqbərədə fəhlə olduğu deyilir. Məlumata görə, türbəyə hücum zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

İran Prezident Aparatı və digər dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyi gücləndirilib. İran parlamentinin Rəyasət Heyətinin üzvi Əkbər Rəncbərzadə İran Dövlət televiziyasına açıqlama verərək bildirib ki, parlament üzvləri arasında yaralanan yoxdur.

***

Tehrandan son dəqiqələrdə daha bir həyacanlı məlumat daxil olub. Bir sıra KİV-lər xəbər verir ki, İran paytaxtının "İmam Xomeyni” metro stansiyasında da partlayış törədilib. Partlayışı intiharçı-terrorçunun törətdiyi bildirilir. Təfərrüatlar məlum deyil.
 
 
 

"Fars” agentliyi xəbər verir ki, İran parlamentinin binasına soxulan və bir neçə adamı girov götürən terrorçulardan birinin üzərində bomba var. Hazırda o, təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Terrorçuların əllərində neçə girovun olduğu barədə məlumat yoxdur.

İranın yarırəsmi "Fars” agentliyi Tehranda baş verənlərin mütəşəkkil terror hücumları olduğunu bildirir. Agentliyin məlumatına görə silahlılar eyni zamanda bir neçə dövlət binasına hücum edib, atışmalar zamanı ölən və yaralananların sayı 8-yə çatıb. Xomeyninin movzeleyi qarşısında etışma ilə yanaşı partlayış da baş verib. Ölənlər var. Habelə silahlı şəxs mavzoleyi ziyarət edənlərə rast gələ atəş açıb. Mavzoleyə 3 terrorçunun hücum etdiyi bildirilir, onlardan biri özünü partladıb. Mavzoleydə 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı xəbər verilir. Lakin ölənlərin sayı daha çox ola bilər.

Parlamentdə girovların saxlanıldığı və atışmaların davam etdiyinə dair  yeni xəbərlər var.

Qeyd edək ki, bu hadisələr Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb ölkəsinin İranla tərəfdaşlığa görə Qətərlə əlaqələri kəsməsinin ardınca baş verir.
 

www.ann.az

Xəbər lenti