İqtisadiyyat Nazirliyinin tabeliyinə yeni qurum daxil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyinə yeni qurum daxil edilib
Nazirlər Kabinetinin "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

Ann.az xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Qərara görə, Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

www.ann.az

Xəbər lenti