İPhone-nu sıradan çıxarmağın yeni üsulu tapılıb - VİDEO

 İPhone-nu sıradan çıxarmağın yeni üsulu tapılıb - VİDEO
"Apple”ın mobil sistemində yeni boşluq aşkarlanıb. İstiPress xəbər verir ki, Control Center-də eyni anda kliklənmiş bir neçə düymə, İphone-nun donmasına gətirib çıxara bilər. Göründüyü kimi iphone sisteminin donmasını təmin etmək heçdə çətin deyil. Ekranın aşağı panelində yerləşmiş kamera, kalkulyator hissələrindən birini, gecə rejiminə (Night Shift) keçid düyməsini və AirDrop adlı hissəni eyni anda klik etmək bəs edir ki, sizin cihazınızın sistemi donsun.

Bu zaman bir neçə saniyədən sonra smartfon avtomatik olaraq yenidən işə düşəcək. Lakin bu halda smartfonu bir dəfə də söndürüb yandırmaq lazım olacaq.
 
Əks halda Wi-Fi özəlliyi çalışmayacaq. Çətin ki, düymələrin bu cür kombinasiyası kimdəsə təsadüfi şəkildə həyata keçirilsin. Buna baxmayaraq qorxulu bir şey yoxdur. Qeyd etmək lazımdır ki, bu sistem boşluğu iOS-in sonuncu versiyalarında keçərlidir.

www.ann.az

Xəbər lenti