iPhone 7 sahibləri üçün önəmli xəbərdarlıq - FOTO+VİDEO

iPhone 7 sahibləri üçün önəmli xəbərdarlıq - FOTO+VİDEO
iPhone 7 sahiblərini belə ələ saldılar

ANN.Az xəbər verir ki, yeni iPhone 7 standart qulaqcıq yuvalarından qurtulmaqla istehlakçıların müəyyən narahatlığa səbəb olub.

Bununla əlaqədar sosial şəbəkələrdə müstəqil şəkildə qulaqcıq yuvasının açılmasına həsr olunmuş videotəlimat yerləşdirilib. Bir çoxları bu videonun əslində zarafat üçün çəkildiyini düşünmədən təlimatlara əməl edərək, yeni telefonu deşiblər.

Sözügedən kadrları təqdim edirik:
 


Yeni smartfonlar iPhone 7, standart rənglərdən əlavə olaraq, Jet Black adlı fərqli bir rəng ilə gəlir və paslanmaz poladdan olan "Apple” logosu diqqətləri cəlb edir. 

"Suya davamlılıq” yeni modellərə əlavə edilən əsas xüsusiyyətlərdən biridir. "iPhone 7” modelində Home düyməsi yenidən dizayn edilib.
 
"iPhone 7 Plus”un iki arxa kamerası var. iPhone 7 kamerası 60 FPS, 4K Keyfiyyət ilə bizlərə təqdim edildi. Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq, fokuslanma isə daha stabil olacaq. 

"iPhone 7”nin Ön kamerası 7 MP, arxa kamerası isə 12 MP-dir. 

Xatırladaq ki, bir müddət öncə məşhur "JerryRigEverything" adlı videobloqçu yeni "iPhone 7" smartfonunu sınaqdan keçirib.

Sosial mediada yayılan videodan məlum olur ki, bloqçu yeni smartfonu cızır, yandırır və əyməyə çalışır.

Sonda müəllif bildirir ki, "iPhone 7" də özündən əvvəlki smartfonlar kimi dözümlüdür.
 








www.ann.az

Xəbər lenti