Çin hökuməti Azərbaycana alternativ enerji üçün 3 milyon dollar civarında qrant ayırdı

Çin hökuməti Azərbaycana alternativ enerji üçün 3 milyon dollar civarında qrant ayırdı
Çin hökuməti Azərbaycana 3 mln. ABŞ dolları civarında qrant ayırıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, həmin vəsaitə 300-ə qədər xüsusi avadanlıq alınacaq: "Əldə edilən razılığa əsasən, Çin hökuməti texniki yardım çərçivəsində fərdi evlərdə alternativ enerji stansiyalarının quraşdırılması üçün avadanlıqlar verəcək. Ümid edirik ki, gələn ilin əvvəlində həmin avadanlıqları əldə edəcəyik".

C.Məlikov bildirib ki, avadanlılqlar "bir ev, bir stansiya" layihəsi çərçivəsində istifadə ediləcək.
 

www.ann.az

Xəbər lenti