İlham Zəkiyevə yeni vəzifə verildi

İlham Zəkiyevə yeni vəzifə verildi
Milli Paralimpiya Komitəsinin (MPK) nəzdində Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb.

ANN.Az xəbər verir ki, qurumdan report-a verilən məlumata görə, bu barədə qərar MPK-nın Ümumi Yığıncağında qəbul olunub.

Qərara əsasən, Məşqçilər Şurasının (MŞ) sədri MPK-nın baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən Kamal Məmmədov təyin edilib. MŞ-nın tərkibində Rauf Mürsəlov, İbrahim İbrahimov, Alavərdi Culfayev, Oleq Panyutin, İlqar İbişov və Tərlan Hacızadə yer alacaqlar.

İntizam Komissiyasının sədri vəzifəsi ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu, "Bakı-2015” Avropa Oyunlarının qalibi, MPK-nın vitse-prezidenti İlham Zəkiyevə həvalə olunub. Komissiyanın üzvləri isə Mehman Kərimov, Səlhət Abbasova, Yaşar Hacıyev və Elxan Rəhimovdur.
 


www.ann.az

Xəbər lenti