İlham Əliyev Pirallahıda – FOTOLAR

İlham Əliyev Pirallahıda – FOTOLAR
Azərbaycan Pezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 11-də paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.

ANN.Az-ın məlumatına görə, "Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədov dövlət başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verib. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.
 



 
 

Daha sonra Azərbaycan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Verilən məlumata əsasən uzunluğu 8 kilometr olan dördzolaqlı yolun yenidənqurmadan sonra eni 18 metrə çatdırılıb. Yenidən qurulan bu yol qəsəbə sakinlərinin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və digər qəsəbələrə rahat çıxışına imkan yaradır.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi və avtomobili idarə edib.
Sonda xatirə şəkli çəkdirilib.





www.ann.az

Xəbər lenti