İlham Əliyev FIFA-nın prezidentini və baş katibini qəbul etdi - FOTOLAR

İlham Əliyev FIFA-nın prezidentini və baş katibini qəbul etdi - FOTOLAR
Prezident İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu və baş katibi Fatma Samouranı qəbul edib.
 
Ann.az xəbər verir ki, Canni İnfantino FIFA-nın xatirə hədiyyələrini dövlət başçısına təqdim edib.
 
Qeyd edək ki, noyabrın 21-də Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək. Tədbirdə FIFA-nın prezidenti Canni İnfantino, baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək. Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.
 






www.ann.az

Xəbər lenti