İlham Əliyev dünyada ən xeyirxah siyasətçidir

İlham Əliyev dünyada ən xeyirxah siyasətçidir
Gürcüstan əhalisi arasında keçirilən rəy sorğusunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyada "Ən xeyirxah lider" seçilib.

"Report”un Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, Gürcüstanın "Kviris palitra” qəzeti 500 nəfər arasında rəy sorğusu keçirib. 
Respondentlərə "Siz necə fikirləşirsiniz, dünya liderləri sırasında kim ən xeyirxah siyasətçidir?” - sualı təqdim olunub. Rəyi sorğusunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ən xeyirxah lider seçilib. 

Xeyirxah liderlər sırasında ABŞ prezidenti Donald Tramp ikinci, Ukrayna prezidenti Pyotr Poroşenko üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Angela Merkel, Emmanuel Makron, Rəcəb Tayyib Ərdoğan və Tereza Meyin də adları ən xeyirxah liderlər siyahısında yer alıb.
 



www.ann.az

Xəbər lenti