IKEA-nın yaradıcısı vəfat edib

IKEA-nın yaradıcısı vəfat edib
IKEA mebel şirkətinin yaradıcısı, milyarder İnqvar Kamprad dünyasını dəyişib.

Ann.az BBC-yə istinadən xəbər verir ki, isveçli milyarder Smalandda yerləşən evində vəfat edib. 

1926-cı ildə İsveçdə doğulan Kamprad 17 yaşında IKEA-nı yaradıb. Onun şirkəti sadə və gözəl mebellərlə bütün dünyada şöhrət qazanıb. Bildirilir ki, IKEA ev əşyaları seçimində insanların zövqünə ciddi təsir göstərə bilib.

Qeyd edək ki, dünyanın ən varlı şəxsləri sırasında yer alan İnqvar Kamprad faşistlərlə əlaqədə ittiham edilib. O, bu faktı həyatının ən böyük səhvi adlandırırdı.

www.ann.az

Xəbər lenti