III Dünya müharibəsinin başlayacağı yer: Dəhşətli hadisələr olacaq (FOTOLAR)

III Dünya müharibəsinin başlayacağı yer: Dəhşətli hadisələr olacaq (FOTOLAR)
1894-cu ildə Almaniyada doğulan Alois İrlmaier peşəkar qazıcı olub və çubuqla mədən axtaran şəxs kimi fəaliyyət göstəririb.
 
ANN.Az xəbər verir ki, II Dünya müharibəsi dövründə bombalanacaq yerləri və bir neçə itkin şəxsin yerini müəyyənləşdirən bu şəxs qısa müddətdə məşhurlaşıb. Lakin onun bu qabiliyyəti düşmən qazanmasına da səbəb olub. Həyatı boyunca bir çox ittihamlar irəli sürülən İrlmaier hətta məhkəmə qarşısına belə çıxıb. Şarlatan, cadügər, fırıldaqçı adlanan Alois məhkəmədə hakimin gün ərzində nə etdiyini, nə geyindiyini deyərək bəraət qazana bilib.

1959-cu ildə dünyasını dəyişmiş Alois İrlmaier kəhanətlərində III Dünya müharibəsinə geniş yer verib. Onun məşhur proqnozlarını təqdim edirik: 

"III Dünya müharibəsi mütləq baş verəcək, amma vaxtını dəqiq deyə bilmirəm. Milyonlarla insan tərəfindən müşahidə ediləcək. Müharibə, məhsul yığımından öncə, yağışlı bir gündə başlayacaq. Bu müharibəni görməyəcəyim üçün xoşbəxtəm. Bu dəhşət, Yaxın Şərqdə başlayacaq. Düşmənlər Aralıq dənizində üz-üzə gələcək, lakin əsas qığılcım Balkan yarımadasında alovlanacaq. Böyük bir şeyin düşdüyünü görürəm, yanında qanlı xəncər var. İyerarxiya sırasında ilk 2 yerdə qərarlaşan şəxs 3-cü sıradakı şəxsi öldürəcək. Qatillərdən biri qarabuğdayı və alçaqboylu, digəri isə uzun və açıq rəngli saçı olan biridir. Hadisənin Balkan yarımadasında baş verəcəyini təxmin edirəm, lakin əmin deyiləm. Qətlin intiqamı sərhədsiz su üzərindən alınacaq. Sarı əjdaha (Çin və ya kimyəvi silah) Alyaska və Kanadanı eyni gündə işğal edəcək. Sonra sarı toz yağmuru yağacaq. ABŞ-ın böyük şəhəri raketlərlə məhv ediləcək və ölkənin qərbi asiyalılar tərəfindən işğal ediləcək, amma qısa müddətdə geri çəkilmək məcburiyyətində qalacaqlar".

Qeyd edək ki, öz ölümünü doğru təxmin etmiş Alois İrlmaier məlumatları rəqəmlər, şifrələr və yarımçıq cümlələr şəklində görürdü.
 






www.ann.az

Xəbər lenti