İdeya müəllifi: Bitkoinin gələcəyi yoxdur (VİDEO)

İdeya müəllifi: Bitkoinin gələcəyi yoxdur (VİDEO)
"Bir ticarət valyutası kimi bitkoinin gələcəyi yoxdur".

ANN.Az-ın "APA TV"-yə istinadən məlumatına görə, bunu valyutanın ideya müəlliflərindən biri, Bitcoin.Com-un həmtəsisçisi Emil Oldenburq bəyan edib.

O, kriptovalyutanın likvidliyinə əngəl olan səbəblərdən biri kimi şəbəkə sürətinin hədsiz dərəcədə aşağı, serverlərin ötürücü qabiliyyətinin isə məhdud olmasını göstərib. E.Oldenburq məhz bu səbəbdən kriptovalyutadakı aktivlərini satdığını açıqlayıb: "Sizə deyim ki, bitkoinə yatırılan sərmayələr bir insanın ata biləcəyi ən riskli addımdır. Bunu anladıqdan və kriptovalyutanın işləmə mexanizminə bələd olduqdan sonra insanlar ondan imtina etməyə başlayacaq".

E.Oldenburqun rəhbərlik etdiyi şirkətin serverlərində 500 mindən çox kriptovalyuta taciri qeydiyyatdan keçib.


www.ann.az

Xəbər lenti