Hollandiya qondarma "erməni soyqırımı"nı qəbul etdi

Hollandiya qondarma
Hollandiya 1915-ci il qondarma "erməni soyqırımı"nı tanıyıb.

Ann.az Hollandiya mediasına istinadən xəbər verir ki, ölkə parlamenti qondarma "soyqırımı" ilə bağlı qanun layihəsini qəbul edib.

Səs vermədən öncə qanun layihəsi haqqında hökumətin mövqeyini açıqlayan xarici işlər nazirinin vəkili Siqrid Kaaq BMT və beynəlxalq məhkəmənin qərarı olmadığından hökumətin qanun layihəsinin qəbuluna müsbət yanaşmadığını bildirmişdi. Amma parlament hökumətin mövqeyini nəzərə almayıb. 
 
Nazirlik rəsmisi bunun Türkiyə və Ermənistan arasında bir problem olduğunu bildirərək "İki ölkə birlikdə çalışaraq anlaşmaq üçün bərabər addımlar atmalı və baş verənləri ortaya qoymalıdı. Soyqırımıların tanınmasında beynəlxalq məhkəmələrin, BMT-nin araşdırma və faktlarının açıq və dəqiq nəticələri Hollandiya hökuməti üçün vacibdir. Hökumət BMT Təhlükəsizlik Şurasının soyqırımıların qarşısının alınması və cəzalandırılması müqaviləsinə görə hərəkət edir. Hollandiya hökuməti BMT tərəfinədən bir qərar və ya Srebrenitsa olayında olduğu kimi bir beynəlxalq məhkəmə tərəfindən verilən bir hökm olduğu halda soyqırımı tanıya bilər" deyib.

Qeyd edək ki, Xiristina Birliyi Partiyasından (CU) millət vəkili Coel Vurdevind tərəfindən hazırlanan "Erməni soyqırımının tanınması" layihəsi Türkiyə kökənli millət vəkilləri tərəfindən qurulan DENK partiyası istisna olmaqla bütün partiyalar tərəfindən dəstəklənib. Səsvermədə layihənin leyhinə 142, əleyhinə 3 səs verilib.

www.ann.az

Xəbər lenti