“Hekayəti xırs quldurbasan” komediyasını 100-cü dəfə nümayiş olunacaq

CəmiyyətVİDEO 13-11-2015 22:00 Oxunma sayı: 2552
“Hekayəti xırs quldurbasan” komediyasını 100-cü dəfə nümayiş olunacaq
Noyabrın 13-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Mirzə Fətəli Axundzadənin "Hekayəti xırs quldurbasan” komediyasını 100-cü dəfə nümayiş etdirəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın ilk premyerası 2009-cu il noyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnədə oynanılıb. 
 
Tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirovdur.
 
Səhnə əsərində əsas obrazları əməkdar artistlər Qurban İsmayılov, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Nübar Novruzova, Leyli Vəliyeva, aktyorlar Elnur Kərimov, Elşən Hacıbabayev, Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, Elnur Hüseynov və başqaları ifa edirlər.
 

www.ann.az

Loading...