Hamı idmançımızdan danışır - VİDEO

Hamı idmançımızdan danışır - VİDEO
Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovun növbəti qələbəsi böyük marağa səbəb olub.
 
ANN.Az-ın big.az-a istinadən məlumatına görə, həmyerlimizin Belçikadan olan idmançı Fred Sinistraya qalib gəldiyi döyüşün görüntüləri sosial şəbəkələrdə izlənmə rekordları qırır. Türkiyənin İstanbul şəhərində baş tutan görüşdə Zabit Səmədov 2-ci raundda rəqibinə qalib gəlib. 

Zabit Səmədov döyüşdən sonra bunları bildirib: "Rəqibimi tanıyırdım. Mənimlə iki ildir ki, döyüş keçirməyə çalışır. Ancaq mən bilirdim ki, ilk raunddan sonra döyüşün taleyini həll edəcəm".

 
 


www.ann.az

Xəbər lenti