Hakerlərin oyunu: "Der Spiegel"in baş redaktoru Ərdoğandan üzr istədi

Hakerlərin oyunu:
Almaniyanın məşhur "Der Spiegel" siyasət jurnalının nəşriyyat müdiri Klauz Brinkbaeumerin "Twitter" hesabı türk hakerlər tərəfindən ələ keçirilib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakerlər 50 yaşlı nəşriyyat müdirinin hesabından bu günə qədər prezident Rəcəb Tayyib Ərdoğan haqqında gedən yazılara görə belə bir üzrxahlıq yazısı yayımlayıblar:

"Bu günə qədər yazdığımız xəbərlərdən ötrü Türkiyə dövləti və Rəcəb Tayyib Ərdoğandan üzr istəyirik"

Dərgi rəhbərinin hesabı ələ keçirildikdən sonra @brinkbaeumer adresinin arxasına TR hərfləri əlavə edilib və ünvanının üzərinə "Ayyıldız Tim Ölel Operasyon Ekibi" sözləri qeyd edilib. Həmçinin Brinkbauemerin fotosunun üzərində  ay ulduz fonu yerləşdirilib və "AYYILDIZ TİM, SESSİZCE NÖBETTEYİZ" ifadəsi yazılıb.

Dünən Türkiyə vaxtı ilə 22:47 yayımlanan tweet-dən dərhal sonra "Der Spiegel" dərgisi məlumat yayaraq, baş redaktorun hesabının ələ keçirildiyini təsdiqləyib və yazılanların ona aid olmadığı bildirilib:

"Baş redaktorumuz Klauz Brinkbaeumerin "Twitter" hesabı ələ keçirilib. Ərdoğanla bağlı atılan tweet və foto ona aid deyil. Məsələ ilə maraqlanırıq".

Qeyd edək ki, bir müddət sonra gecə saat 01:15-də Brinkbaeumer hesabı bərpa edilib və adresin arxasındakı TR yazısı da silinib.

www.ann.az

Xəbər lenti