"Hababam sinfi"nin "Mahmud Hoca"sı vəfat etdi

Məşhur türkiyəli aktyor Münir Özkül 93 yaşında dünyasını dəyişib.

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, "Hababam sinfi" filmində oynadığı Mahmud Hoca obrazı ilə məşhurlaşan aktyor 2003-cü ildən bəri ciddi ağciyər və demensiya xəstəliyindən əziyyət çəkirdi. Son illərini yataq xəstəsi kimi keçirən Özkul İstanbuldakı evində vəfat edib.

Qeyd edək ki, Münir Özkul "Mavi Muncuq", "Arım, balım, pətəyim", "Bizim ailə" və s. filmlərdə çıxışı ilə də yadda qalıb.

www.ann.az

Xəbər lenti