Gürcüstanın Poti və Batumi limanları bağlandı

Gürcüstanın Poti və Batumi limanları bağlandı
Gürcüstanın Qara dəniz sahillərində baş verən güclü fırtınalar Poti və Batumi limanlarının fəaliyyətini iflic vəziyyətə salıb.

ANN.Az Report-a istinadən xəbər verir ki, artıq dünən gecədən limanlarda gəmilərin qəbulu və yola salınması üzrə əməliyyatlar dayandırılıb.

"Dənizdə bütün gecə və səhərdən fırtına var. Fırtına təhlükəsi xəbərdarlığı alan kimi limanları bağladıq. Hazırda limanda 4 gəmi, reyddə isə yüklü 2 gəmi var”, - Poti limanının kapitanı Vaxtanq Tavberidze bildirib.

Onun sözlərinə görə, hazırda dənizdə dalğaların hündürlüyü 4-5 metr təşkil edir. Analoji vəziyyət Batumi limanında da yaşanır və fırtına gəmiləri nə qəbul etməyə, nə də yola salmağa imkan verir.

Liman kapitanı Tengiz Qabiliya bildirib ki, limanda 3 gəmi, reyddə isə 2 gəmi var.
 


www.ann.az

Xəbər lenti