Gürcüstan mətbuatı: Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2018-ci ildə istismara veriləcək

Gürcüstan mətbuatı: Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2018-ci ildə istismara veriləcək
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti 2018-ci ildə istismara veriləcək. 

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın "Biznes Qruziya" informasiya agentliyi məlumat yayıb. 

Məlumata görə, Gürcüstan hökuməti bu layihəyə böyük ümidlər bəsləyir və BTQ-nin istismara verilməsi ilə ölkə ərazisində tranzit yük axınının artacağını gözləyir. Layihəyə görə, yüklər Çindən Avropaya Rusiyadan yan keçərək daha qısa marşrutla - Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən çatdırılacaq.

Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, ölkədə dəmir yolu ilə yük daşımalarının həcmi azalıb. Belə ki, bu ilin ilk yarısında Gürcüstan dəmir yolları 5,3 mln. ton yük daşıyıb ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 7% azdır. 2012-ci illə müqayisədə isə daşımalar 40% azalıb. 

Dəmir yollarında yük daşımalarının həcminin azalmasına uyğun olaraq, limanlarda emal edilmiş yüklərin də həcmi azalıb. 2017-ci ilin ilk 6 ayı ərzində Poti və Batumi limanlarında, habelə Kulevi və Sarpı terminallarında emal edilmiş yüklərin həcmi 1 il əvvələ nisbətən 1,1% azalaraq, 8,3 mln. ton təşkil edib. 
 


www.ann.az

Xəbər lenti