Güləşçimiz ermənini döşəyə çıxmağa peşman etdi (VİDEO)

Güləşçimiz ermənini döşəyə çıxmağa peşman etdi (VİDEO)
Fransada keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında 80 kq-da mübarizə aparan Azərbaycan idmançısı Elvin Mürsəliyev ilk görüşündə parlaq qələbə qazanıb.

Ann.az yenicag.az-a istinadən xəbər verir ki, o, əsl xarakter nümayiş etdirərək ikiqat Olimpiya (London 2012 və Rio-2016), ikiqat dünya və ikiqat Avropa çempionu, Rusiya güləşçisi Roman Vlasovu mübarizədən kənarlaşdırıb.

Beləliklə, E.Mürsəliyev 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə o, Ermənistan güləşçisi Edqar Babayanı (8:0), 1/4 finalda isə mərakeşli Zied Ouqramanı məğlub edərək yarımfinala çıxıb.

Qeyd edək ki, yarımfinalda idmançımızın rəqibi Radzik Quliyev (Belarus) olacaq.

www.ann.az

Xəbər lenti