Giorgi Marqvelaşvil: “Gürcüstan azərbaycanlıları assimilyasiya olunmur”

Giorgi Marqvelaşvil: “Gürcüstan azərbaycanlıları assimilyasiya olunmur”
"Gürcüstanda yaşayan etnik azərbaycanlılar assimilyasiya olunmur”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili "Müstəqillikdən azadlığa – respublikanın 100 illiyi”  kampaniyası çərçivəsində Marneulidə azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşdə deyib. 

Azərbaycanlı gəncin ölkədə milli azlıqların inteqrasiyası üzrə problemlərlə bağlı suala cavab verən dövlət başçısı deyib ki, Gürcüstan azərbaycanlıları ölkənin siyasi, mədəni, biznes və digər sahələrində aktiv fəaliyyət göstərirlər: "Dövlət gürcü dilinin milli azlıqlar tərəfindən öyrənilməsinə vəsait ayırır. Hər il Marneulidə Novruz bayramı geniş qeyd olunur. Gürcüstanda Azərbaycanın milli adət-ənənələri yaşadılır və bu sahədə heç bir məhdudiyyət yoxdur”. 


www.ann.az

Xəbər lenti