General: "Qarabağda münaqişə başlasa, KTMT müdaxilə etməyəcək"

General:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müharibə başlayacağı halda Dağlıq Qarabağdakı separatçıları dəstəkləməyəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov "KTMT-yə üzv dövlətlərin hərbi təhlükəsizliyinə əsas təhdidlər" Moskva-Yerevan-Astana-Bişkek-Minsk telekörpüsü zamanı deyib.

Onun sözlərinə görə, KTMT-nin bütün müqavilələri Ermənistan ilə bağlanıb və buna müvafiq olaraq yalnız rəsmi Yerevan qarşısında müəyyən öhdəlikləri var.

Birləşmiş Qərargah rəisi xüsusi vurğulayıb ki, KTMT quruma üzv olan hansısa ölkənin iştirakçısı olduğu bu və ya digər münaqişəyə müvafiq yardım çağırışı olmadan müdaxilə etmək səlahiyyətinə malik deyil.

www.ann.az

Xəbər lenti