General Jan Pol Palomeros Fransa-Rusiya münasibətlərini şərh etdi - FOTO

General Jan Pol Palomeros Fransa-Rusiya münasibətlərini şərh etdi - FOTO
"Fransa müstəqil və suveren ölkədir. Ukraynada baş verənlərə görə, ozünün, NATO və Avropa İttifaqındakı muttəfiqlərin vizionuna uyğun qərar qəbul edib. Siyasi qərarı şərh etməyim doğru olmazdı. Amma bu çətin qərar idi".

Bu sözləri NATO-nun Transformasiya üzrə keçmiş baş komandanı və Fransa Hərbi Hava Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general Jan Pol Palomeros Rusiya ilə gəmi tikintisinə dair bağlanmış 1.12 milyardlıq sazişin icrasının dayandırılması səbəbləri və hansı şərtlərlə bərpa oluna biləcəyini ANN.Az-a şərh edərkən bildirib.

Gələcəkdə Rusiya Ukraynaya qarşı mövqeyini yumuşaldarsa Fransa sazişin icrasını bərpa edə bilərmi sualına qeneral bildirib:

"Biz siyasətimizi şərti sual üzərində qura bilmərik. Ümüd edək ki Avropa İttifaqı, NATO, ABŞ və Rusiya arasında münasibətlər yaxşılaşacaq. Bizlərə möhkəm əlaqələr və Rusiya ilə yaxşı münasibətlər lazımdır. Bizlər çox sayda çağırışlara birgə sinə gərməliyik. Bura terrorizmlə mübarizə, Suriya və İraqda baş verənlər daxildir. Lakin ən vacibi və başlıcası odur ki, Ukrayna ilə bağlı ilk addımı Rusiya artmalıdır və Minsk anlaşmasına əməl olunmalıdır. İlkin addımlardan sonra Avropada sülh və təhlükəsizlik naminə Rusiya ilə münasibətlər bərpa edilə bilər. Bu doğurdan da vacibdir". 

2014-cü ildə Fransa Rusiya ilə gəmi tikintisinə dair bağlanmış sazişin icrasını dayandırıb.

"Mistral" gəmilərinin tikintisinə dair 1,12 milyard avroluq sazişi Rusiyanın Hərbi Hava Qüvvələri Fransanın DCNS şirkəti ilə 2011-ci ildə bağlayıb. Saziş çərçivəsində tikilən "Vladivostok" adlı ilk gəminin 2014-cü ilin noyabrında Rusiyaya təhvil verilməsi nəzərdə tutulurdu. Artıq 400 rus dənizçisi gəminin idarəçiliyini öyrənmək üçün müvafiq təlimlərə də cəlb olunmuşdular.

Lakin Ukraynanın şərqində yaranmış vəziyyətə görə Fransa Rusiya üçün hazırladığı "Mistral" tipli helikopter daşıyan gəmini çatdırmaqdan imtina edib. 

Vüsal Əzizov, Brüseel
 


 


www.ann.az

Xəbər lenti