"Formula-1" pilotlarının Bakıya gəlmə vaxtı dəqiqləşdi – SİYAHI + FOTOLAR

Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-Prisində iştirak edəcək komandaların ölkəmizə gəlmə vaxtı dəqiqləşib.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Oxu.Az-a bildirib ki,  Azərbaycan Qran-Prisində iştirak edəcək komandalar və onların pilotları iyunun 20-21-i tarixində artıq paytaxtda olacaq.

Onun sözlərinə görə, yarışda iştirak edəcək bolidlər də elə təxminən o tarixlərdə xüsusi aviareyslərlə Azərbaycana gətiriləcək.

Oxu.Az Azərbaycan Qran-Prisində iştirak edəcək komandaların və pilotlarının siyahısını təqdim edir:

Mercedes AMG Petronas F1 Team

44. Lyuis Həmilton, 77. Valtteri Bottas
 

Red Bull Racing

3. Daniel Rikkardo, 33. Maks Ferstappen


Scuderia Ferrari

5. Sebastyan Fettel, 7. Kimi Rəykkönen


Sahara Force İndia F1 Team

11. Serxio Peres, 31. Esteban Okon


Williams Martini Racing

19. Felipe Massa, 18. Ləns Stroll


McLaren Honda

14. Fernando Alonso, 2. Stoffel Vandorn


Scuderia Toro Rosso

55. Karlos Sayns, 26. Daniil Kvyat


Haas F1 Team

8. Roman Qrojan, 20. Kevin Magnussen


Renault Sport Formula One Team

27. Niko Hülkenberq, 10. Colion Palmer


Sauber F1 Team

9. Markus Eriksson, 94. Paskal Verlyayn
 
 


www.ann.az

Xəbər lenti