“Fitch”: Növbəti iki ildə manatın məzənnəsi sabit qalacaq

“Fitch”: Növbəti iki ildə manatın məzənnəsi sabit qalacaq
"2017-ci ildə Azərbaycanda makro-sabitlik yaxşılaşıb”.

Bu barədə APA "Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir.

Bildirilir ki, neft qiymətlərinin tədricən artması, o cümlədən sərt monetar və fiskal siyasət nəticəsində dolların manata nisbətən məzənnəsi apreldən etibarən 1,70 manat səviyyəsində stabilləşib. "Bu da öz növbəsində, 2017-ci ildə 12,9% səviyyəsində olan inflyasiya təzyiqlərini azaltmağa gətirib çıxarıb. Ötən ilin mart ayı ilə müqayisədə apreldən etibarən inflyasiya azalıb. Kreditlərin və depozitlərin dollarlaşma səviyyəsi (2017-ci ilin noyabrın sonuna müvafiq olaraq 40,6% və 72,1%) yavaş-yavaş azalır, bu da məzənnəyə inamın müəyyən qədər artdığını göstərir. Neft qiymətlərinin sabit olması ilə bağlı gözləntiləri nəzərə alaraq növbəti iki il ərzində manatın məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırırıq,” - deyə məlumatda qeyd olunub.

www.ann.az

Xəbər lenti