FİFA dünya kubokunu Bakıya gətirdi (FOTOLAR)

FİFA dünya kubokunu Bakıya gətirdi (FOTOLAR)
"Coca-Cola” şirkəti FİFA Dünya çempionatının kubokunu 4-cü dəfə dünya turuna götürüb. 

ANN.Az qafqazinfo-ya istinadən xəbər verir ki, futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə nümayiş etdirmək üçün kubok bu gün Bakıya gətirilib. Dünya Kuboku 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə bu gün səhər saatlarında xüsusi təyyarə ilə paytaxtımıza gətirilib. 

Bu münasibətlə keçirilən mətbuat konfransında iştirak edən Karabmö Bakını, görüş iştirakçlarını salamlayıb: "Bakı həmişə idman tədbirlərini keçriməkdə istəkli olub. Paytaxtınız çox müasir şəhərdi. Bu dünya kuboku uzun məsafələri qət edib və Bakı sayca 16-cıdır. Buna baxmayaraq, yorulmamışıq. Dünya kubokunu azarkeşlərə göstərməkdən məmnunluğumuz bir daha ifadə edirik”. 

AFFA-nın baş katibi Elxan Məmmədov təşkilatçılara, Karamböya minnətdarlıq edib: "Üç əsas səbəb ola bilər ki, kubok Bakıya gəlsin. Birincisi, milimiz dünya çempionu olaraq kuboku qazansın. İkincisi, final mərhələsinə ev sahibi olsun. Üçüncü səbəb də dünya turu çərçivəsində səfər edərək bura gəlsin. Bu gün 3-cü səbəbdən istifadə etdik. Ümid eidrik ki, gələcəkdə 1-ci və 2-ci səbəblərdən də istifadə edəcəyik!”
 
Tədbirin sonunda dünya kuboku təqdim olunub. 
 






www.ann.az

Xəbər lenti