Eyfel qülləsi bağlandı

Eyfel qülləsi bağlandı
Fransanın paytaxtı Parisin əsas rəmzlərindən olan Eyfel qülləsi "Eleanor” qasırğasının səbəb olduğu güclü külək ilə əlaqədar ziyarətçilər üçün müvəqqəti bağlanıb.

Fransa meteoroloji xidmətinin məlumatına görə, bəzi yerlərdə sürəti saatda 140 kilometrə çatan güclü külək səbəbindən ölkənin 51 departamentində narıncı təhlükə səviyyəsi tətbiq olunub.

Fransa Fövqəladə Hallar Xidmətindən AFP-yə verilən məlumata əsasən, qasırğa nəticəsində bəzi departamentlərdə 9 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.

Daha əvvəl "Enedis” milli elektrik təchizatı şirkətindən Fransada 200 min evin qasırğa səbəbiylə elektrik enerjisiz qaldığı bildiriblər.(oxu.az)


www.ann.az

Xəbər lenti