“Eurovision”un ilk qalibi vəfat etdi

“Eurovision”un ilk qalibi vəfat etdi
İsveçrə xəstəxanalarından birində "Eurovision” mahnı müsabiqəsinin ilk qalibi Liz Assiya 95 yaşında vəfat edib.

Ann.az xəbər verir ki, müğənninin 1956-cı ildə "Eurovision”da "Refrain” mahnısı ilə qalib gəlməsi ona uğur gətirib.

Daha sonra isə Assiya İsveçrəni 1957 və 1958-ci illərdə də təmsil edib.

Müğənni 1924-cü ildə anadan olub. O, səhnə fəaliyyətinə 1940-cı ildə başlayıb.

Ömrünün son illərində Liz "Eurovision” mahnı müsabiqəsinə həsr edilmiş müxtəlif tədbirlərdə iştirak edib. 2012-ci ildə Bakıda keçirilən "Eurovision” mahnı müsabiqəsinin fəxri qonağı olub.

www.ann.az

Xəbər lenti