"Eurovision-2018"in püşkü atıldı: Azərbaycan neçənci oldu?

"Eurovision-2018" Mahnı Müsabiqəsinin püşkü atılıb.

ANN.Az xəbər verir ki, birinci yarımfinalda 19, ikinci yarımfinalda 18 ölkə təmsilçisi çıxış edəcək.

Azərbaycan təmsilçisi Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında mübarizəyə başlayacaq. Ölkəmizin bu mərhələdə rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələri olacaq.

Finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.

Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.

Qeyd edək ki, "Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, "Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müsabiqənin qalibi adını qazanıb.


www.ann.az

Xəbər lenti