ETSN: Hava şəraiti kəskin dəyişəcək

Cəmiyyət 20-03-2017 12:36 Oxunma sayı: 113
ETSN: Hava şəraiti kəskin dəyişəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, martın 21-dən 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı  gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı düşəcək.
www.ann.az

Loading...