ƏSA Teatrının aktyoru İspaniyanın məşhur jurnalında (FOTOLAR)

ƏSA Teatrının aktyoru İspaniyanın məşhur jurnalında (FOTOLAR)
Öz dəsti-xətti ilə tanınan fotoqraf Eltac Zeynalovun "ƏSA” Teatrında həyata keçirdiyi foto-layihə,beynəlxalq arenada kifayət qədər məşhur olan, İspaniyanın"Dodho” fotoqrafiya jurnalında dərc olunub.

Teatrdan ANN.Az-a verilən məlumata görə, əlilliyi olan insanların problemlərini qabartmaq, onların yaşam mübarizəsini işıqlandırmaq məqsədi daşıyan foto-layihənin ilk qəhrəmanı "ƏSA” Teatrının aktyoru Elvin Mirzəyev olub.

"Dodho” jurnalında "Kristal adam” kimi təqdim edilən Elvin Mirzəyev "natamam osteogenez” xəstəliyindən əziyyət çəkir. Uşaqlıq dövründən bu yana müxtəlif çətinliklərlə qarşılaşmasına baxmayaraq, öz məqsədləri uğrunda mübarizə aparıb, stereotipləri pozmağa çalışıb. Onun aktyorluq sevgisi fiziki məhdudiyyətinə qalib gəlib. Hazırda Elvin, ƏSA Teatrında baş tutan tamaşalarda uğurlu çıxış edir və özünü aktyor kimi daima inkişaf etdirməyə çalışır. 

Foto-layihənin müəllifi Eltac Zeynalov, hər gün rastlaşılan çətinliklərə baxmayaraq, əlilliyi olan insanların bu dünyadan imtina etməyəcəyini, bu dünyanın hamımız üçün olduğunu və əlilliyi olan insanların da bu dünyada yaşamağa, azad olmağa, həyatdan zövq almağa layiq olduqlarını bildirib.

Fotoqrafın sözlərinə görə, foto-layihə davamlı şəkildə həyata keçəcək.  

Göstərilən link vasitəsi ilə "Dodho” jurnalında dərc olunan foto-layihə ilə tanış ola bilərsiniz.

(https://www.dodho.com/crystal-man-by-eltaj-zeynalov/
 







www.ann.az

Xəbər lenti