Ermənistan vətəndaşları sərhədi qanunsuz keçmək istəyərkən saxlanıldı

Ermənistan vətəndaşları sərhədi qanunsuz keçmək istəyərkən saxlanıldı
Ukraynadan Slovakiyaya qanunsuz keçmək istəyən Ermənistan vətəndaşları saxlanılıb.

ANN.Az Azərtac-a istinadən xəbər verir ki, Karpatda sərhədçilər Ermənistan vətəndaşları olan iki kişi və qadını saxlayıblar. Onların bələdçinin köməyi ilə Ukrayna-Slovakiya sərhədini qanunsuz keçməyə cəhd göstərdikləri müəyyənləşib.

Bundan sonra hüquq-mühafizə orqanları yaxınlıqda olan Ujqorod şəhəri ərazisində Ermənistan vətəndaşlarına köməklik edən bələdçini saxlayıblar. Onun üzərindən külli miqdarda xarici valyuta, bank kartları və digər sənədlər aşkarlanıb.

Məlumatda bildirilib ki, Ermənistan vətəndaşlarının şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onlar inzibati məsuliyyətə cəlb olunacaqlar.


www.ann.az

Xəbər lenti