Erməniləri qorxuya salan təlimlərin görüntüləri yayıldı – FOTO + VİDEO

Erməniləri qorxuya salan təlimlərin görüntüləri yayıldı – FOTO + VİDEO
İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib.

ANN.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də, digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də, idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub.

Müdafiə Nazirliyi genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsindən görüntülər yayıb.

ANN.Az həmin görüntüləri təqdim edir:
 









 


www.ann.az

Xəbər lenti