Ermənilərdən ibarət 14 nəfərlik cinayətkar qrup həbs edildi

Ermənilərdən ibarət 14 nəfərlik cinayətkar qrup həbs edildi
Fransanın Bordo, Nant, Nitsa, Puate və Paris şəhərlərində ermənilərdən ibarət 14 nəfərlik cinayətkar qrup həbs edilib.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, həbs olunan ermənilərin hansı ölkələrin vətəndaşı olduqları açıqlanmayıb. 

Polis əməkdaşı Jan-Mark Droqe deyib ki, Renna polisi bir il ərzində bu qrupun fəaliyyəini araşdırıb: "Həmin cinayətkarlar fahişələri silahla qorxudaraq, onları pul ödəməyə məcbur ediblər. 14 nəfərlik qruplaşma artıq məhkəmə qarşısına çıxarılıb. Onların 8-i xüsusi təhlükəli cinayətkarlardır. Qruplaşma üzvlərinin hamısı kişilərdir. Onların yaşı təxminən 30 civarındadır. Bu cinayətkar qrup suteneyorluqla yanaşı, müxtəlif mafioz işlərlə də məşğul olub. Bu qrup fahişələri elə qorxudub ki, onlar başlarına gələnləri polisə deməkdən də çəkiniblər”.

www.ann.az

Xəbər lenti