Ermənilər kəndimizi atəşə tutdu: 13 yaşlı uşaq yaralandı (FOTOLAR)

Ermənilər kəndimizi atəşə tutdu: 13 yaşlı uşaq yaralandı (FOTOLAR)
Erməni silahlı bölmələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.
 
APA-nın Qərb bürosunun məlumatına görə, atılan güllələrdən biri kənd sakini, 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlunun ayağının altındakı daş qırıqlarına dəyib. Nəticədə daş qırıqları yeniyetməni zədələyib.
 
Kənddə olan həkimlər tərəfindən R.Yusifova tibbi yardım göstərilib. Onun qəlpə yaraları da aldığı məlum olandan sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib
 
Qeyd edək ki, bir neçə gün əvvəl ermənilər Qaralar kəndində mülki şəxsləri atəşə tutaraq onların əkin sahələrində təsərrüfatla məşğul olmalarına maneçilik törədiblər. Güllələr yaşayış evlərinin dam örtüklərinə də ziyan vurub. 
 
 



www.ann.az

Xəbər lenti