Erməni futbolçu Qarabağda ölməmək üçün İngiltərədən siyasi sığınacaq istədi

Erməni futbolçu Qarabağda ölməmək üçün İngiltərədən siyasi sığınacaq istədi
Ermənistanlı futbolçu Ovik Nersisyan hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istəyib.

Hazırda İngiltərənin Şimal-Qərb Liqasında çıxış edən "Uiçerç Alport”un formasını geyinən 23 yaşlı müdafiəçi həyatının təhlükədə olduğunu söyləyib.

İki il öncə bu kluba üz tutan Nersisyan ölkəsində axtarışa verildiyini deyib: "Qayıtsam, həbs ediləcəyəm. Daha sonra hərbi xidmətə aparılacağam və həyatım təhlükədə olacaq. İki il öncə hərbi xidmətdən möhlət hüququ verilmişdi. İndi isə futbolçu olmağımın onlar üçün əhəmiyyəti yoxdur. Hakimiyyət hamını döyüşə göndərir. Azərbaycan mətbuatından oxumuşam ki, Ermənistan əsgərləri hər gün ölürlər. Şropşirdə təhlükəsiz şəraitdəyəm və burada yaşamaqdan xoşum gəlir. Məhkəmənin yaxşı qərar çıxaracağına ümidvaram”.

Qeyd edək ki, "Uiçerç Alport” klubu Ovik Nersisyana kömək etmək məqsədi ilə vəkil tutub. Həmçinin, onun İngiltərədə qalması üçün petisiya elan olunub. Artıq min nəfərin imzaladığı sənəd həftəsonu İngiltərənin Daxili İşlər Nazirliyinə göndəriləcək. Məhkəmə yekun qərarını fevralın 19-da açıqlayacaq. Nersisyan daha əvvəl vətənində "Pünik”in formasını geyinib. ("Report”)

www.ann.az

Xəbər lenti