Ərəblər əylənməyə qərar verdi: Milyardlar xərclənəcək

Ərəblər əylənməyə qərar verdi: Milyardlar xərclənəcək
Səudiyyə Ərəbistanı iqtisadi və sosial islahatlar çərçivəsində 10 il ərzində əyləncə sektoruna 64 milyard dollar investisiya yatırmağa hazırlaşır. 

ANN.Az oxu.az-a istinadən xəbər verir ki, bu məqsədlə yaxın zamanlarda ölkədə konsert və əyləncəli tədbirlər təşkil ediləcək.

Əyləncə İşləri Agentliyinin sədri Əhməd bin Əqəl əl-Xatib bildirib ki, investisiyaların maliyyələşdirilməsi həm dövlət, həm də özəl sektor tərəfindən təmin olunacaq.

Qeyd edək ki, ərəblər 2018-ci ildə 56 şəhərdə 5000-dən çox tədbir planlaşdırırlar:

"Biz artıq infrastrukturu qururuq, 2020-ci ildə böyük dəyişikliyə şahidlik edəcəksiniz”. 

O da məlum olub ki, Səudiyyədə ilk dəfə opera binası inşa ediləcək:

"Artıq binanın təməlatması baş tutub. Tədbirlərin keçirilməsi üçün infrastrukturun yaradılmasında 500 şirkət iştirak edəcək”. 

Bu arada, gələn ay 35 illik qadağadan sonra ölkədə ilk kinoteatrlar açılacaq.
 


www.ann.az

Xəbər lenti