Ərdoğan iyulun 10-da Azərbaycana səfər edə bilər

Ərdoğan iyulun 10-da Azərbaycana səfər edə bilər
Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edə bilər.

Ann.az "Timetürk"ə istinadən xəbər verir ki, Türkiyə prezidentinin 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO sammitindən əvvəl Şimali Kiprə səfər edəcəyi planlaşdırılır.

"Bundan əvvəl Ərdoğan deyib ki, prezident seçiləcəyi təqdirdə ilk xarici səfərini Azərbaycana edəcək. Ona görə də onun Şimali Kiprdən Azərbaycana yola düşəcəyini demək olar", - xəbərdə qeyd edilib.

www.ann.az

Xəbər lenti