Rəcəb Tayyib Ərdoğan Bakıya gəldi (YENİLƏNİB)

Rəcəb Tayyib Ərdoğan Bakıya gəldi (YENİLƏNİB)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.

Ann.az xəbər verir ki, Heydər Əliyev Hava limanında onu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Əyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və başqa rəsmilər qarşılayıblar.
 
***10.21 
 
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya səfər edəcək.

Ann.az xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb. Ərdoğan Şimali Kipr səfərinin ardınca Azərbaycanı ziyarət edəcək.

Səfər çərçivəsində Ərdoğanla İlham Əliyev arasında ikitərəfli və heyətlərarası görüş baş tutacaq. Görüşdə iki ölkə arasındakı əlaqələr və iş sahəsində əməkdaşlığın daha da artırılması, bölgə və beynəlxalq müstəvidəki məsələlərin müzakirə edilməsi proqnozlaşdırılır.

www.ann.az

Xəbər lenti