Ərdoğan Afrin əməliyyatının tez başa çatacağını bildirib

Ərdoğan Afrin əməliyyatının tez başa çatacağını bildirib
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatların tezliklə başa çatacağını vəd edib.

Ann.az xəbər verir ki, o, terrorçuların artıq oradan qaçdığını deyib.

"Biz bu əməliyyatı çox tez bitirəcəyik. Terrorçular oradan [Afrindən] qaçır, biz isə onları birgə qovacağıq", - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, yaraqlıları Türkiyə qırıcıları bombalayır, bazar günü isə Türkiyə sərhədlərinin mühafizəsi üçün vacib olan quru əməliyyatları başlayıb.

www.ann.az

Xəbər lenti