Əməliyyat Qərargahı: Qəbələdə meşə yanğınları tam nəzarət altına alınıb

Əməliyyat Qərargahı: Qəbələdə meşə yanğınları tam nəzarət altına alınıb
Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə yanğınların söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınlar tam nəzarət altına alınıb.
 
ANN.Az Apa-ya istinadən xəbər verir ki, Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə Əməliyyat Qərargahının məlumatında bildirilir ki, hazırda bəzi tüstülənmə mənbələrinin söndürülməsi üçün zəruri tədbirlər görülür.
 
Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
 




www.ann.az

Xəbər lenti