Əməkdar artistə vəzifə verildi

Əməkdar artistə vəzifə verildi
Əməkdar artist Teymur Əmrah Gəncə Dövlət Filarmoniyasında vəzifəyə təyin edilib.

ANN.Az axşam.az-a istinadən bildirir ki, sənətçi artıq bir müddətdir, filarmoniyanın direktoru, xalq artisti Samir Cəfərovun müavini vəzifəsini icra edir.

Qeyd edək ki, filarmoniyanın yeni binasının təməli 2012-ci il yanvarın 21-də qoyulub.

Bir hektardan çox ərazidə tikilən altımərtəbəli binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, iki kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılıb. Binada restoran və kafelər, yeraltı qaraj da var. Açılış mərasiminin payızda keçirilməsi nəzərdə tutulur.
 


www.ann.az

Xəbər lenti