Elmar Məmmədyarov Malena Mardı qəbul edib

Elmar Məmmədyarov Malena Mardı qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, xanım Malena Mardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Elmar Məmmədyarov Malena Mardın fəaliyyəti müddətində Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini bildirib.

Malena Mard fəaliyyəti dövründə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın irəliləməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Malena Marda gələcək fəaliyyətində uğurlar arzulayıb.
 


www.ann.az

Xəbər lenti