Ekspert palatanı təkzib etdi: 4 yox, 8 bank funksiyasını yerinə yetirə bilmir

Ekspert palatanı təkzib etdi: 4 yox, 8 bank funksiyasını yerinə yetirə bilmir
"Maliyyə Palatasının araşdırmalarında 4 bankın funksiyalarını yerinə yetirə bilməməsi qeyd olunurdu. Lakin bizim apardığımız monitorinqlər nəticəsində isə aydın olub ki, Azərbaycanda mövcud olan bankların 8-i demək olar öz funksiyasını tam olaraq yerinə yetirə bilmir".

Bu sözləri ANN.Az-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O, bildirib ki, dövlət bank sektoru bağlı proqram qəbul etsə, həmin bankların bəziləri bağlana, yaxud digər böyük banklara birləşdirilə bilər:
 


"Həmin bankların digər banklara birləşdirilməsi daha məqsədəuyğun olardı. Hər halda sağlamlaşdırma paketinin və proqramının yaradılmasına ehtiyac var. 
Hökumət bu proqramı hazırlayıb qəbul etməklə həmin bankların konsolidasiyasını həyata keçirə bilər ki, bu da bankların sayının azaldılmasına gətirib çıxartsa belə, bank sektoruna olan inamın azalmasının qarşısını ala bilər.

Yəni, mövcud funksiyalarını yerinə yetirə bilməyən bankların taleyi birbaşa dövlətin bu sektorla bağlı xüsusi bir proqram qəbul edib-etməməsindən asılı olacaq".
 

www.ann.az

Xəbər lenti