Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat edib

Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat edib
Əhməd bəy Ağaoğlunun nəvəsi olan tanınmış yazıçı və tərcüməçi Tektaş Ağaoğlu vəfat edib.

ANN.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 84 yaşlı yazıçı İstanbulda yerləşən Amerika Xəstəxanasında dünyasını dəyişib.

1934-cü ildə İstanbulda doğulmuş Tektaş Oksford Universitetində hüquq üzrə təhsil alıb. Dünya ədəbiyyatının bir çox nümunəsini tərcümə edən Ağaoğlu 1973-cü ildə Marks və Engelsin əsərlərini topladığı Siyasət və Fəlsəfə kitabına görə 7,5 il həbsə məhkum edilib və 5 ay həbsdə yatıb. 1975-ci ildə yenidən həbs edilmiş yazıçı bu dəfə azadlıqdan 1 illik məhrum olub. 

1980-ci illərdə bir müddət İsveçrədə yaşayan Tektaş Ağaoğlu bir çox media orqanlarında fəaliyyət göstərib.

www.ann.az

Xəbər lenti