Əfqan Muxtarlıya hökm oxundu

Əfqan Muxtarlıya hökm oxundu
Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
ANN.Az-ın APA-ya istinadən məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edib.
 
Prokuror Ə. Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.
 
Hökmə əsasən, Ə. Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.
 


www.ann.az

Xəbər lenti